Qərənfillər bu gün xarıbülbüllə birlikdə açır - Çavuşoğlu 20 Yanvar faciəsindən yazdı 

12:48 20.01.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Şəhidlərin rəmzi olan qərənfillər bu gün azad Azərbaycan torpaqlarının simvolu olan xarıbülbüllə birlikdə açır.

Hafta.az-ın məlumatına görə, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu 20 Yanvar faciəsinin ildönümü ilə bağlı öz "Twitter" səhifəsində yazıb.

Nazir bildirib:

"1990-cı il yanvarın 20-də də Can Azərbaycanın müstəqilliyi uğrunda həyatlarını qurban verən qardaşlarımızı rəhmətlə anırıq. Şəhidlərin rəmzi olan qərənfillər bu gün azad Azərbaycan torpaqlarının rəmzi olan xarıbülbüllə birlikdə açır. Üçrəngli bayrağınla məsud yaşa, Can Azərbaycan!”